Pakayin: Bakı-Tehran münasibətlərində inkişaf müşahidə olunur


Digərləri 24 Okt 2019 18:52:00 247 0

Pakayin: Bakı-Tehran münasibətlərində inkişaf müşahidə olunur

Son illər, xüsusilə İranın hazırkı iqtidarı dövründə Bakı-Tehran münasibətlərində inkişaf müşahidə olunur.

Bakı. Elnur Bağışov - Son illər, xüsusilə İranın hazırkı iqtidarı dövründə Bakı-Tehran münasibətlərində inkişaf müşahidə olunur. Bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin Trend-ə özəl açıqlamasında deyib. M.Pakayinin sözlərinə görə, İran Prezidenti Həsən Ruhaninin də Azərbaycana səfəri buna görə önəmli hesab olunur. Keçmiş səfir əlavə edib ki, səfər zamanı Azərbaycan və İran ticarət münasibətlərinin inkişaf etdirilməsi istiqamətində böyük addımlar ata bilərlər: “Rəşt-Astara dəmiryolunun inşası, bank əməkdaşlıqlarının artırılması, əczaçılıq zavodunun tikilməsi, narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizənin genişləndirilməsi iki ölkə rəsmilərinin müzakirə predmeti ola biləcək əsas məsələlərdir”. Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü oktyabrın 25-26-da Bakıda keçiriləcək. İran Prezidenti Həsən Ruhani zirvə görüşündə iştirak etmək üçün bu gün Azərbaycana gəlib. Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin