Kişi keçmişdən məktub aldı FOTO


Dünya 24 Okt 2019 18:45:00 271 0

Kişi keçmişdən məktub aldı  FOTO

İngiltərənin Breyntri şəhər sakini Cim Qrin gözlənilmədən 28 il əvvəl göndərdiyi məktubu alıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 1991-ci ildə İspaniyanın Benidorm şəhərinə tətilə gedən Cim mənzil başına çatdıqdan sonra ata və anasına məktub göndərir:

"Ata, ana, burada hər şey yaxşıdır. Uçuş da yaxşı keçdi, hava da gözəldir. Sizi sevirəm, Cim".

28 ildən sonra kişi evdəki poçt qutusundan bu məktubu tapıb. Əvvəlcə Qrin nə baş verdiyini anlamasa da, sonradan yazdığı məktubu xatırlayıb.

(adsgarden = window.adsgarden || []).push({});