“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Kaspersky Security Day” keçirilib (FOTO)


Digərləri 24 Okt 2019 18:45:00 201 0

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Kaspersky Security Day” keçirilib (FOTO)

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Kaspersky Security Day” keçirilib.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə “Kaspersky” şirkəti ilə birgə keçirilən tədbirdə Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov açılış nitqi ilə çıxış edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, o bildirib ki, internetdən təhlükəsiz istifadə ilə bağlı nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən mütəmadi olaraq maarifləndirmə və məlumatlandırma tədbirləri həyata keçirilməkdədir. Belə ki, il ərzində müxtəlif təhsil müəssisələrində uşaqların, müəllim və valideynlərin sahə üzrə maarifləndirilməsi məqsədilə təlimlər və tədbirlər təşkil olunur. Daha sonra “Kaspersky” şirkətinin mütəxəssisləri tərəfindən Azərbaycanda istifadəçilərin qarşılaşdığı kibertəhlükələr barədə geniş məlumat verilib, son statistik göstəricilər diqqətə çatdırılıb. Bildirilib ki, “Kaspersky” şirkətinin Azərbaycanda 2019-cu ilin yanvar-sentyabr aylarında apardığı anonim statistikaya əsasən, bu müddət ərzində ölkədə fərdi kompüter istifadəçilərinin 42 faizi ən azı bir dəfə müxtəlif kibertəhdidlərlə qarşılaşıb. İstifadəçilərin çoxu isə müxtəlif məlumat daşıyıcıları, yəni yaddaş kartları, hard disklər vasitəsilə yayılan zərərli proqram təminatları ilə bağlı təhdidlərə məruz qalıb. Bundan əlavə, Azərbaycanda mobil cihaz istifadəçilərinin təxminən 3 faizi zərərli proqram təminatı ilə üzləşib. Yanvar-sentyabr ayları ərzində Azərbaycanda şirkət işçilərinin 13 faizi zərərli proqramlarla hücum cəhdləri ilə qarşılaşıblar. Lokal təhdidlər üzrə bu göstərici daha çox, yəni 35 faiz təşkil edib. Ötən müddət ərzində ən çox şifrləmə və hədələmə proqramları aktivləşib. Belə ki, “Kaspersky” keçən ilin ortasında (ikinci rüb ərzində) 7,5 minə yaxın belə zərərli proqram aşkar edib. 2019-cu ilin 9 ayı ərzində “Kaspersky” həlləri internetin Azərbaycan sektorunda olan istifadəçilərinin fişinq səhifələrinə köçürülməsi ilə bağlı 388 min cəhdin qarşısını alıb.