1 ildir arvadını axtaran kişinin ŞOK ƏMƏLİ ÜZƏ ÇIXDI


Dünya 24 Okt 2019 17:58:24 351 0

1 ildir arvadını axtaran kişinin ŞOK ƏMƏLİ ÜZƏ ÇIXDI

Türkiyənin Kayseri şəhərində arvadını öldürüb yandırdıqdan sonra cəsədi görünməsin deyə üzərinə zibil paketləri yığan kişinin ilginc əməli eşidənləri dəhşətə gətirir.

Son.az Haberler-ə istinadən xəbər verir ki, arvadını öldürdükdən sonra onun itdiyi məlumatı ilə axtarışı üçün ATV-də yayımlanan Müge Anlının proqramına qatılan yaşlı adamın "oyunu" uzun çəkməyib. Osman Yalçınkayanın keçən ilin 10 iyun tarixindən "itkin" düşdüyü iddiası ilə axtardığı Alzheimer (yaddaş pozğunluğu) xəstəsi olan Fatma Birgül Yalçınkayanı öldürdüyü ortaya çıxıb.

Həbs olunan Yalçınkaya tez-tez arvadının unutqanlığından əsəbiləşdiyi üçün onu öldürdüyünü etiraf edib.

Yalçınkaya onu saxlayan polislərə "Bələdiyyə yandırıb gizlətdiyim yerdə ev tikəcəyini demişdi. Dəlillər necə əlinizə keçdi axı, məndən şübhələnməyəcəyinizi düşündüyüm üçün rahat gəzirdim" deyib.