“Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasına 40 min nəfər cəlb olunmuşdu


Digərləri 24 Okt 2019 18:00:00 286 0

“Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasına 40 min nəfər cəlb olunmuşdu

"Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasının pik dövründə işə 40 min nəfər cəlb olunmuşdu.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Xartiyası Forumunda BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda ictimaiyyətlə əlaqələr, xarici əlaqələr və strateji məsələlər üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O bildirib ki, "Cənub Qaz Dəhlizi" dünyada ən irimiqyaslı layihələrdən biridir və bu layihəyə qoyulan investisiyalar 40 milyard dollar təşkil edib.

B.Aslanbəyli qeyd edib ki, 2018-ci ildə "Şahdəniz 2" və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri qrafikin qabaqlanması və planlaşdırılan məbləğdən daha az xərclərlə icra olunmuşdu:

"İlk kommersiya tədarükləri iyunun 30-da başlayıb və qaz tədarükü ilə bağlı öhdəliklər uğurla icra olunub".