“Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasına 40 min nəfər cəlb olunmuşdu


Digərləri 24 Okt 2019 17:44:00 329 0

“Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasına 40 min nəfər cəlb olunmuşdu

“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasının pik dövründə işə 40 min nəfər cəlb olunmuşdu

Bakı. Ləman Zeynalova - “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasının pik dövründə işə 40 min nəfər cəlb olunmuşdu. Trend-in məlumatına görə, bunu Beynəlxalq Enerji Xartiyası Forumunda BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda ictimaiyyətlə əlaqələr, xarici əlaqələr və strateji məsələlər üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. O bildirib ki, “Cənub Qaz Dəhlizi” dünyada ən irimiqyaslı layihələrdən biridir və bu layihəyə qoyulan investisiyalar 40 milyard dollar təşkil edib. B.Aslanbəyli qeyd edib ki, 2018-ci ildə “Şahdəniz 2” və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri qrafikin qabaqlanması və planlaşdırılan məbləğdən daha az xərclərlə icra olunmuşdu: “İlk kommersiya tədarükləri iyunun 30-da başlayıb və qaz tədarükü ilə bağlı öhdəliklər uğurla icra olunub”.