"Leyli obrazı üçün məndən 5 min manat rüşvət istədilər"


Şou-biznes 24 Okt 2019 17:36:00 306 0

"Leyli obrazı üçün məndən 5 min manat rüşvət istədilər"

Əməkdar artist Nigar Şabanova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyini rüşvətxorluqda ittiham edib.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, Tolik "Hər şey daxil" verilişində qonaq olan sənətçinin reklam arası ona söylədiklərini canlı yayımda səsləndirib:

"Nigar xanımdan "Leyli və Məcnun" operasında Leyli obrazını oynamaq üçün Nigar xanımdan 4 min manat pul istənilib. Üstəlik də, Opera və Balet Teatrının kassasına min manat pul ödəməsi tələb edilib".

Müğənni aparıcının sözlərini təsdiqləyib və o rüşvət tələbindən sonra teatrın səhnəsində çıxış etmədiyini bildirib.