"Aqrarkredit": Bu günə qədər 1300dən çox borclunun borcu ödənib


Digərləri 24 Okt 2019 17:14:00 315 0

"Aqrarkredit": Bu günə qədər 1300dən çox borclunun borcu ödənib

Azərbaycan Beynəlxalq Bankından 9600-dən çox problemli aktiv qəbul etmişdik. Bu günə qədər 3.2 milyard manatdan çox borc ödənilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Aqrarkredit" QSC-nin İdarə Heyətinin sədri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev bu gün Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, 1300-dən çox borclunun borcu ödənilib:

"Bu sahədə işlər davam etdirilir, mümkün olduğu halda kreditlər restrukturizasiya edilir. Kredit borcu olanlardan 4 mindən çoxu fiziki şəxslərdir".