Maqnit qasırğası olacaq


Digərləri 24 Okt 2019 16:45:00 285 0

Maqnit qasırğası olacaq

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan Son.az-a verilən məlumata görə, kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olub.

Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn tac kütlə atılması müşahidə olunmayıb. 

Hesabat dövründə Günəş küləyi parametrlərində ümumən normal külək rejiminə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti 370 km/san-yə qədər azalıb. Geomaqnit sahə, son 24 saat ərzində ümumən sakitdir (Kp=3, 4). 

Proqnoz dövründə (24 - 26 oktyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Proqnoz dövründə ilk iki gün (24, 25 oktyabr) tac dəliyindən çıxan yüksək sürətli axınlar effekti səbəbindən Günəş küləyi parametrlərinin zəif güclənəcəyi proqnozlaşdırılır. Sonuncu proqnoz günü isə (26 oktyabr) şəraitin yenidən normal səviyyəyə geri dönəcəyi gözlənilir.