"Sevgisi ölmüş qadın kobud olur"


Şou-biznes 24 Okt 2019 16:18:00 378 0

"Sevgisi ölmüş qadın kobud olur"

Aktrisa Fidan Axundova qadınlarla bağlı paylaşım edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sevgidən yaşan aktrisa bunları qeyd edib:

"Ey insan övladı, qadının qəlbindəki o böyük sevgini öldürmə. Sevgisi ölmüş qadın kobud, qaba, qapalı, kişidən daha özgüvənli olur. Daha güclüyəm deyib, ürəyinə daş basır. Nəhayət, qadın olmaqdan çıxıb, robota çevrilir.

Sənə zərif, nəcib, kövrək, duyğulu, sevgidolu bir qadın lazımdır, yoxsa, dəmir parçası?".