Banqladeşin Energetika naziri: "Alternativ enerji mənbələri sektorunda əməkdaşlıq zəruridir"


Digərləri 24 Okt 2019 16:05:00 317 0

Banqladeşin Energetika naziri: "Alternativ enerji mənbələri sektorunda əməkdaşlıq zəruridir"

Bərpa olunan enerji mənbələri sektoru vacib sahədir, bununla bağlı ölkələr arasında danışıqlar və əməkdaşlıq lazımdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Xartiyası Forumunda Banqladeşin energetika və mineral ehtiyatlar naziri Nəsrulla Həmid deyib.

O bildirib ki, Banqladeşdə enerjinin yalnız 64 faizi təbii qaz tədarükü hesabına təmin olunur.

Nazir vurğulayıb ki, Banqladeşin öz ehtiyatları məhdud olduğu üçün atom elektrik stansiyasının tikintisi nəzərdə tutulur: "Yaxın gələcəkdə biz bərpa olunan enerji mənbələrinə keçmək istəyirik".