Azərbaycanda parnik qazı tullantıları azaldılacaq


Digərləri 24 Okt 2019 16:02:25 268 0

Azərbaycanda parnik qazı tullantıları azaldılacaq

Azərbaycanın enerji potensialı əhəmiyyətli dərəcədə möhkəmlənib və coğrafi mövqeyi də əlverişlii şərait yaradır

Bakı. Anastasiya Savçenko - Azərbaycanın enerji potensialı əhəmiyyətli dərəcədə möhkəmlənib və coğrafi mövqeyi də buna əlverişli şərait yaradır. Trend-in məlumatına görə, Energetika Nazirliyi yanında Enerji Məsələlərinin Nizamlanması Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov deyib. O bildirib ki, Azərbaycanın külək enerjisi potensialı 3 min meqavatt, günəş enerjisi potensialı 20 min meqavatt həcmində qiymətləndirilir: “Azərbaycan öz üzərinə dekarbonizasiya ilə bağlı öhdəliklər götürüb. Biz BMT-nin Ekologiya sazişinə qoşulan və Paris iqlim sazişini imzalayan ölkələrdən biriyik”.