Çempionlar Liqası: Liverpool 4-cü ingilis klubudur...


İdman 24 Okt 2019 15:50:00 390 0

Çempionlar Liqası: Liverpool 4-cü ingilis klubudur...

Çempionlar Liqasının qrup mərhələsinin III turunda Genk-lə qarşılaşan Liverpool 4:1 hesablı qələbə qazanıb.

Goal.az-ın məlumatına görə, Aleks Oksleyd-Çemberlaynın dubl etdiyi qarşılaşmada digər qollara Sadio Mane və Məhəmməd Salah imza atıb.

Çemberlaynın ikinci topu Liverpool-un bu turnirdə 200-cü qolu olub. "Qırmızılar" 200 qol səddinə çatan 4-cü ingilis klubu olub. "Mersisaydlılar"dan əvvəl Manchester United, ArsenalChelsea bunu bacarmışdı.

Dünənki görüşdə fərqlənən Məhəmməd Salah Liverpool-un heyətində bu turnirdə 18-ci qolunu vurub. Bu baxımdan klub tarixinin bombardiri Stiven Cerrarddı. Salahı əfsanəvi kapitandan cəmi 3 top ayırır.