AYİB Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafını dəstəkləyəcək


Digərləri 24 Okt 2019 15:37:00 327 0

AYİB Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafını dəstəkləyəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın Energetika Nazirliyi ilə birgə ölkədə bərpa olunan enerji mənbələrinin inkişafını dəstəkləyəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri İvana Duarte Bakıda Energetika Nazirliyi və Enerji Xartiyası Katibliyinin birgə təşkilatçılığı ilə "Texnologiya və siyasət innovasiyaları vasitəsilə enerji keçidinin təmin edilməsi" mövzusuna həsr edilən Beynəlxalq Enerji Xartiyası Forumunda deyib.deyib.

O bildirib ki, hazırda AYİB nazirliklə və hökumətlə birgə bu sahədə layihələrlə bağlı fəaliyyət planı hazırlayır:

"Bizim müzakirə etdiyimiz bütün məsələlər bazar, texniki həll yolları baxımından nəzərdən keçirilməlidir. Biz eyni anda Energetika Nazirliyi və digər tərəfdaşlarla birgə bir çox məsələləri həll etməliyik".