Aktyorlarımız bir çəkiliş üçün nə qədər qonorar alırlar?


Şou-biznes 24 Okt 2019 15:01:00 348 0

Aktyorlarımız bir çəkiliş üçün nə qədər qonorar alırlar?

Sovet hakimiyyəti dağıldıqda, yenidənqurma dövrünə keçid vaxtı bir sıra sahələr kimi incəsənət, kino sahəsi də demək olar ki, öz süqutunu yaşayıb. Bu dönəm insanlar maliyyə çətiliklərindənmi, yoxsa mənəvi boşluqdanmı kinonu, teatrı unutdu. Bir nəsil teatrsız, milli kinosuz böyüdü, boya-başa çatdı. İllər ötdü, hər bir cücərti, davamlı bir inkişafa keçid aldı. Kino sahəsinin serial qolunun inkişafı ilə bir çox seriallar çəkilməyə başladı. Bu serialların müsbət tərəfi bu oldu ki, gənc simaları görməyə başladıq. Onlar bu işlərlə həm məşhurluq qazandılar, həm də orta və yaşlı nəsil aktyorlarla çiyin - çiyinə çalışıb təcrübə topladılar. Ancaq tanınmaq və çiyin-çiyinə çalışmaq hələ problemin tam həlli sayıla bilməz. Çünki burada işin sənət, yaradıcılıq tərəfindən başqa, hər bir sahədə olduğu kimi maliyyə tərəfi də böyük rol oynayır. Bəzən təmkinlərini qorumağı bacaran aktyorlar belə qonorardan söz düşəndə susmurlar. Baxmayaraq ki, bəzi aktyorlar bu mövzuda danışmaq istəmir, amma vəziyyət az-çox hər kəsə məlumdur.

Məsələn, Xalq artisti Arif Quliyev oxu.az-a açıqlamasında serialda bir dəfə çəkilmək üçün 100 manat qonarar aldığını demişdi. "Aldığım qonarar məni qane edir. Son olaraq çəkildiyim serialda həftədə iki dəfə olmaqla çəkilirdim və hər bir çəkilişə görə 100 manat alırdım. Bu isə aylıq 800 manat deməkdir",- deyə A.Quliyev bildirib.

Son.az bildirir ki, ölkə.az saytı məsələ ilə bağlı sorğu keçirib:

Bəs onların qonararları nə qədərdir?

İlk olaraq əməkdar artist Çingiz Əhmədovla əlaqə saxladıq. O, açıqlamasında bu məbləğin çox az olduğunu bildirdi.

"Mənim fikrimcə bu aktyorluğa verilən ən aşağı məbləğdir. Sözün açığı, mən bu qiymətə heç vaxt çəkilmərəm".

Əməkdaşımızın "Bəs sizin qonararınız nə qədərdir" sualına əməkdar artist heç bir açıqlama verməyib.

Əməkdar artist Rəhman Rəhmanov həmkarından fərqli olaraq öz qonararını məbləğini söyləyib:

"Mənim fikrimcə də 100 manat bir çəkiliş üçün azdır. Biz o, çəkiliş meydanında min bir əziyyətdən keçirik. Bilən bilir ki, filmə çəkilmək çox məsuliyyətli işdir. Qonararıma gəldikdə isə açıq deyə bilərəm ki, minimum 200 manatdır. O məbləğdən aşağı heç vaxt çəkilmərəm",- deyə o, fikrini tamamlayıb.

Xalq artisti Valeh Kərimov isə sualımızı belə cavablayıb:

"Vallah, bu barədə, yəqin ki, bir çox insanla, həmkarlarımla fikrim üst-üstə düşər, təkrarçılığa yol verməyim. Əlbəttə ki, bir xalq atristinə belə qiymət verəndə adamın ürəyi ağrayır. Amma nə etmək olar? Mən öz fikrimi söyləyim ki, mən bu qonorara çəkilmərəm. Vallah, heç əziyyətinə dəyməz". 

Qonorarını açıqlamayan aktyor, onu heç seriallara dəvət etmədiklərini də dilə gətirib.

Kinomuzun "Qasım"ı, Xalq artisti Əjdər Həmidov isə sənət naminə hər şeyə hazır olduğunu deyib:

"Məbləğdən də göründüyü kimi, sənətə verilən qiymət deyil. Ancaq onu da bildirim ki, biz elə hər zaman az qonorar almışıq. Sovet dönəmində də çəkildiyimiz filmlərə görə, dəyərindən qat-qat aşağı qonarar alırdıq." Əməkdaşımızın "siz bu qonorara filmə çəkilərsinizmi" sualına Xalq artisti maraqlı cavab verib: