Kuba Prezidenti Azərbaycana səfərə gəlib FOTO


Siyasət 24 Okt 2019 15:06:33 341 0

Kuba Prezidenti Azərbaycana səfərə gəlib  FOTO

Kuba Respublikasının Prezidenti Migel Diaz-Kanel Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Kuba Prezidenti Migel Diaz-Kaneli hava limanında Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.