Sabirabadda 60 yaşlı kişi özünü Kür çayına atdı FOTO


Digərləri 24 Okt 2019 13:35:00 351 0

Sabirabadda 60 yaşlı kişi özünü Kür çayına atdı  FOTO

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Son.az xəbər verir ki, 2 saat əvvəl Kür çayı üzərindəki Sabirabad şəhəri ilə Cavad kəndini birləşdirən körpüdən Yolçubəyli kənd sakini Hümbətov Qaraxan adlı 60 yaş civarında olan kişi özünü ataraq intihar edib.

İlkin məlumatlara görə o, əvvəl 102-yə zəng edərək intihar edəcəyini bildirib. Sonra maşından düşərək özünü körpüdən çaya atıb.

Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb. Bildirilir ki, Sabirabad rayonunun Cavad kəndi ərazisində, Kür çayında batdığı ehtimal olunan 1960-cı il təvəllüdlü Hümbətov Qaraxan Abdulxan oğlunun axtarışları başa çatıb.

Q.Hümbətovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Elçin Son.az