"Vücudunu qoruya bilməyən kişidən nə gözləyək?"


Şou-biznes 24 Okt 2019 13:48:00 267 0

"Vücudunu qoruya bilməyən kişidən nə gözləyək?"

Xalq artisti Əbdül Mahmudov homoseksuallardan bəhs edib.

Son.az axşam.az-a istinadən bildirir ki, rejissor "Hər şey daxil" verilişində geylərlə bağlı dediyi "Elə adamları öldürmək, asmaq lazımdır" sözlərinə aydınlıq gətirib. O, aparıcı Tarix Əliyevin (Tolik) "Bu sözdən sonra gedib kimsə cinayət törətsə, necə olacaq" sualına belə cavab verib:

"Kaş o şey üstündə onları öldürərdilər, məni də gəlib tutardılar. Mənə elə sualla müraciət etdilər. Əxlaqı, mənəviyyatı olan xalqın nümayəndəsi kimi murdarlıqları qəbul etmirəm. Əgər bir kişi öz vücudunu qoruya bilmirsə, bundan nə gözləyək? Bütün bunlar Avropalıq deyil. Avropada 48 dövlət var, kimə oxşamağa çalışaq?

Fransada xanımlar yaxasın açmırlar. Bizdə yaxaların açıb, efirə çıxırlar. Avropa deyib, ağzımıza gələni edirik. Onlardan nə götürürük? Öyrəndiyimiz niyə pis olmalıdır".