Gürcüstandan gələn 4 avtomobildə qanunsuz yolla keçirilən əşyalar aşkarlanıb FOTO


Digərləri 24 Okt 2019 13:39:00 323 0

Gürcüstandan gələn 4 avtomobildə qanunsuz yolla keçirilən əşyalar aşkarlanıb  FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları 3 fakt üzrə pirotexniki vasitələrin, mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "VAZ-21099", "Opel Astra" və "Opel Vectra" markalı avtomobillərlə gələn Azərbaycan Respublikası vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Avtomobillərə gömrük baxışı zamanı isə minik maşınının gizli saxlanc yerlərindən, ümumilikdə 2808 ədəd pirotexniki vasitələr, 2 ədəd "İpone 11 Pro Max" markalı mobil telefon və qulaqlıq, 11 ədəd mobil telefon üçün qutu aksesuarları ilə birlikdə aşkarlanıb.

Bununla yanaşı, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz 430" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Bu zaman o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.