Bakı Taxıl Terminalı taxıl aşırma həcmini açıqlayıb


Digərləri 24 Okt 2019 13:15:00 310 0

Bakı Taxıl Terminalı taxıl aşırma həcmini açıqlayıb

2017-ci ilin oktyabrından 2019-cu ilin ortalarınadək Bakı Taxıl Terminalında 350 ton taxıl aşırılıb

Bakı. Eldar Canaşvili - 2017-ci ilin oktyabrından 2019-cu ilin ortalarınadək Bakı Taxıl Terminalında 350 ton taxıl aşırılıb. Trend-in məlumatına görə, bunu Beynəlxalq Taxılçılıq Forumunda Bakı Taxıl Terminalı İdarə Heyətinin sədr müavini Erjan Baymuhametov deyib. O bildirib ki, qiymət və tarif siyasəti terminalı digər taxıldaşıma platformaları ilə müqayisədə daha cəlbedici edir: “Belə ki, bir ton taxılın aşırılması 5,5 dollara bərabərdir. Novorossiysk terminalında isə bu rəqəm 22 dollara bərabərdir”.