Kür çayında batan şəxsin meyiti tapılıb


Digərləri 24 Okt 2019 13:18:00 290 0

Kür çayında batan şəxsin meyiti tapılıb

Sabirabad rayonunun Cavad kəndi ərazisində, Kür çayında batdığı ehtimal olunan 1960-cı il təvəllüdlü Hümbətov Qaraxan Abdulxan oğlunun axtarışları başa çatıb.

Bakı. Sabirabad rayonunun Cavad kəndi ərazisində, Kür çayında batdığı ehtimal olunan 1960-cı il təvəllüdlü Hümbətov Qaraxan Abdulxan oğlunun axtarışları başa çatıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, Q.Hümbətovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin