Şahmat millimiz Avropa çempionatında ilk görüşünü Serbiyaya qarşı keçirəcək


İdman 24 Okt 2019 12:48:00 298 0

Şahmat millimiz Avropa çempionatında ilk görüşünü Serbiyaya qarşı keçirəcək

Bu gün Gürcüstanın Batumi şəhərində kişi və qadınlar komandalar arasında XXII Avropa çempionatı start götürür.

Goal.az xəbər verir ki, kişilərdən ibarət millimizin heyətində gözlənilməz ayrılıq baş verib.

Bir neçə gün öncə Dünya Kubokundakı yorğunluqla əlaqədar olaraq Avropa çempionatına qatılmayacağını açıqlayan Teymur Rəcəbovun yerinə Men adasında uğurlu çıxış etmiş Nicat Abbasov heyətə daxil edilsə də, o da yorğunluq səbəbindən millidən imtina edib. Nəticədə, milli komandamızın kapitanı Eltac Səfərli həm də oyunçu kimi oynayacaq.

Beləliklə, kişi komandamız bu heyətlə mübarizə aparacaq: Şəhriyar Məmmədyarov (2767), Arkadi Naydiç (2643), Rauf Məmmədov (2645), Qədir Hüseynov (2660), Eltac Səfərli (2593). Komandamızın kapitanı isə  Fikrət Sideyifzadə olacaq. O, həmçinin, qadınlardan ibarət yığmamızın da kapitanı olaraq çıxış edəcək.

Xatırladaq ki, yığmamız hazırkı Avropa çempionudur. Ümumilikdə isə millimiz Avropa çempionatının üç dəfə qızıl, bir dəfə gümüş və bir dəfə də bürünc medallarının sahibi olub. Elə bu dəfə də komandamızın medal qazanmaq, hətta çempion olmaq şansları az deyil.

Kişilərin yarışında 40 komanda iştirak edir. Azərbaycan 2679 reytinq xalı ilə IV sıradadır. İlk üç sıra Rusiya, İngiltərə və Polşaya məxsusdur.

Qadınların yarışında isə Azərbaycan 32 iştirakçı ölkə arasında V sırada qərarlaşıb. 2383 xalı olan qadın millimizi yalnız Rusiya, Gürcüstan, Ukrayna və Polşa qabaqlayır.

Qadın millimizin heyəti lövhə ardıcıllığa üzrə belədir: Günay Məmmədzadə (2427), Xanım Balacayeva (2368), Ülviyyə Fətəliyeva (2368), Gülnar Məmmədova (2369), Türkan Məmmədyarova (2314).

Kişi komandamız ilk turda Serbiya ilə, qadın millimiz isə Latviya ilə qarşılaşacaq. Görüşlər saat 15:00-da başlayacaq.

Elmar Məmmədyarov BMT Baş Assambleyasının prezidenti ilə görüşüb (FOTO) like
  • 24 Okt 12:42  
Digərləri Elmar Məmmədyarov BMT Baş Assambleyasının prezidenti ilə görüşüb (FOTO)

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərə

arrow Ətraflı
Yağış yağacaq like
  • 24 Okt 12:41  
Digərləri Yağış yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
"InnoWeek  İnnovasiya həftəsi" çərçivəsində “Eurasia Innovation Day” keçirilib  FOTO like
  • 24 Okt 12:40  
Digərləri "InnoWeek İnnovasiya həftəsi" çərçivəsində “Eurasia Innovation Day” keçirilib FOTO

Bu gün Heydər Əliyev Mərkəzində "InnoWeek - İnnovasiya həftəsi&quo

arrow Ətraflı
Azərbaycan və Ermənistan XİN rəhbərləri Bratislavada görüşəcəklər like
  • 24 Okt 12:33  
Digərləri Azərbaycan və Ermənistan XİN rəhbərləri Bratislavada görüşəcəklər

ATƏT-in hazırkı sədrinin vasitəçiliyi ilə yaxın zamanlarda Bratislavada

arrow Ətraflı
Elina Hacıyevanın intiharında təqsirləndirilən məktəb direktoruna hökm oxundu like
  • 24 Okt 12:31  
Digərləri Elina Hacıyevanın intiharında təqsirləndirilən məktəb direktoruna hökm oxundu

Səbail rayon Məhkəməsində məktəbli Elina Hacıyevanın ölümünə səbə

arrow Ətraflı
Sabah Bakıda yağış yağacaq like
  • 24 Okt 12:30  
Digərləri Sabah Bakıda yağış yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
19 yaşlı futbolçu ÇL-da rekord müəyyənləşdirdi like
  • 24 Okt 12:29  
İdman 19 yaşlı futbolçu ÇL-da rekord müəyyənləşdirdi

Salzburg-un  futbolçusu Erlinq Holand Çempio

arrow Ətraflı
Elina Hacıyevanın intiharında təqsirləndirilən məktəb direktoruna hökm oxundu like
  • 24 Okt 12:25  
Digərləri Elina Hacıyevanın intiharında təqsirləndirilən məktəb direktoruna hökm oxundu

Səbail rayon Məhkəməsində məktəbli Elina Hacıyevanın ölümünə səbə

arrow Ətraflı
“Homoseksuallar güllələnməlidir" deyən Xalq artisti: like
  • 24 Okt 12:22  
Şou-biznes “Homoseksuallar güllələnməlidir" deyən Xalq artisti:

Bizi ora dartırlar, bura dartırlar. Nakolkalı adamlar, yaxası cırıq uşaql

arrow Ətraflı
MSK: 15 156 bələdiyyə üzvlüyü uğrunda on minlərlə vətəndaş mübarizə aparacaq like
  • 24 Okt 12:17  
Digərləri MSK: 15 156 bələdiyyə üzvlüyü uğrunda on minlərlə vətəndaş mübarizə aparacaq

Mərkəzi Seçki Komissiyası (MSK) 2019-cu il dekabrın 23-nə təyin edilmiş

arrow Ətraflı
Xaçmazda kürəkənin keçmiş qayınatasını öldürməsinin TƏFƏRRÜATLARI like
  • 24 Okt 12:17  
Digərləri Xaçmazda kürəkənin keçmiş qayınatasını öldürməsinin TƏFƏRRÜATLARI

Xaçmaz rayonunda keçmiş kürəkənin qayınatasını öldürməsinin səbəbi

arrow Ətraflı
Rusiyanın ən varlı qadını like
  • 24 Okt 12:13  
Dünya Rusiyanın ən varlı qadını

"Forbes" jurnalı Rusiyanın ən zəngin xanımlarının reytinqini a

arrow Ətraflı
Dövlət qulluğunda 84 vakansiya üzrə müsahibələrin like
  • 24 Okt 12:11  
Digərləri Dövlət qulluğunda 84 vakansiya üzrə müsahibələrin

Sentyabrın 17-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki mü

arrow Ətraflı