19 yaşlı futbolçu ÇL-da rekord müəyyənləşdirdi


İdman 24 Okt 2019 12:29:00 362 0

19 yaşlı futbolçu ÇL-da rekord müəyyənləşdirdi

Salzburg-un  futbolçusu Erlinq Holand Çempionlar Liqasının rekordçusu adına yiyələnib.

Goal.az-ın məlumatına görə, norveçli hücumçu buna qrup mərhələsinin ardıcıl 3 turunda 6 qol vurmaqla nail olub. 19 yaşlı forvard son olaraq, İtaliya Napoli-si ilə görüşdə (2:3) "dubl" edib. O, ilk turda Belçika Genk-ini 3, növbəti turda isə İngiltərə Liverpool-unu 1 dəfə məyus edib.

Əvvəlki rekord Didye Droqbaya məxsus olub. Kot dİvuarlı forvard Fransa Marseille-ində çıxış etdiyi vaxt 2003/2004 mövsümündə ilk 3 tur ərzində 5 dəfə fərqlənib.

Qeyd edək ki, Erlinq Holann Polşada 20 yaşadək futbolçular arasında keçirilmiş dünya çempionatında bombardir olduqdan sonra məşhurlaşıb. O, yalnız bir görüşdə - Hondurasa 12:0 hesabı ilə qalib gəldikləri matçda 9 qol vurub.