Azərbaycanın Enerji Effektivliyinə dair ilk Milli Fəaliyyət Planının hazırlanmasına başlanılıb


Digərləri 24 Okt 2019 10:30:00 320 0

Azərbaycanın Enerji Effektivliyinə dair ilk Milli Fəaliyyət Planının hazırlanmasına başlanılıb

Enerji Xartiyası Katibliyi enerji səmərəliliyi ilə bağlı qanunvericiliyin hazırlanmasında Azərbaycana dəstək olur.

Bakı. Ləman Zeynalova - Enerji Xartiyası Katibliyi enerji səmərəliliyi ilə bağlı qanunvericiliyin hazırlanmasında Azərbaycana dəstək olur. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxış edən Beynəlxalq Enerji Xartiyasının Baş katibi Urban Rusnak deyib. Baş katib bildirib: "Enerji Xartiyası Katibliyi enerji səmərəliliyi ilə bağlı qanunvericiliyin hazırlanmasında Azərbaycana dəstək olur. Ötən il “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun ilk layihəsi də tamamlanıb. Bu ilin sonunda yekunlaşdırılması və gələn ilin əvvəlində aidiyyəti orqanlarla müzakirəsi nəzərdə tutulan Azərbaycanın Enerji Effektivliyinə dair ilk Milli Fəaliyyət Planının hazırlanmasına başlanılıb". Qeyd edək ki, bu gün Bakıda Energetika Nazirliyi və Enerji Xartiyası Katibliyinin birgə təşkilatçılığı ilə “Texnologiya və siyasət innovasiyaları vasitəsilə enerji keçidinin təmin edilməsi” mövzusuna həsr edilən Beynəlxalq Enerji Xartiyası Forumu işə başlayıb.