Sabirabad sakinindən ov tüfəngi götürülüb


Digərləri 24 Okt 2019 10:21:02 563 0

Sabirabad sakinindən ov tüfəngi götürülüb

Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

Bakı. Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan şəhərindəki Regional qrupundan Trend-ə verilən məlumata görə, Sabirabad rayonu Qarağac kənd sakini Elsevər Nəsirov qanunsuz olaraq odlu silah saxlamaqda şübəli bilindiyi üçün Hacıqabul rayonu ərazisində saxlanılıb. Ona məxsus avtomobildən 1ədəd “İJ-52” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb. Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin