Yük avtomobilinin qoşqusunda tapılan


Dünya 24 Okt 2019 10:15:00 317 0

Yük avtomobilinin qoşqusunda tapılan

Ötən gün yük avtomobilinin qoşqusundan 39 cəsədin tapılması barədə məlumat vermişdik.

Son.az The Sun-a istinadla xəbər verir ki, İngiltərənin Esseks qraflığında qoşqusunda 39 miqrant cəsədi tapılan yük avtomobilinin sürücüsünün kimliyi məlum olub.

Yük avtomobilinin sürücüsü 25 yaşlı Maurice 'Mo'  Robinson-dur. O, Britaniya tarixində ilk dəfə olaraq, bu qədər insan ölümündə təqsirkar bilinir.

Əslən Şimarli İrlandiyadan olan Robinson qoşqunu Belçikada yük avtomobilinə bağlayıb. Deyilənə görə, o, bilmədən qoşqunun soyutma sistemini qoşduğu üçün miqrantlar mənfi 25 dərəcə temperatura dözməyərək, ölüblər.

Qeyd edək ki, sözügedən qoşqu ərzaq daşıması üçün nəzərdə tutulub və ərzaqların xarab olmaması üçün içərisində soyuducu sistem mövcuddur.