Pərviz Şahbazov: TAP-ın tikintisi üzrə işlər demək olar ki, 90 faiz yerinə yetirilib
Digərləri 24 Okt 2019 09:44:00 268 0
Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə işlər demək olar ki, 90 faiz yerinə yetirilib.
Bakı. Ləman Zeynalova -
Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə işlər demək olar ki, 90 faiz yerinə yetirilib.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Energetika naziri Prəviz Şahbazov bu gün Bakıda Energetika Nazirliyi və Enerji Xartiyası Katibliyinin birgə təşkilatçılığı ilə “Texnologiya və siyasət innovasiyaları vasitəsilə enerji keçidinin təmin edilməsi” mövzusuna həsr edilən Beynəlxalq Enerji Xartiyası Forumunun açılışında bildirib.
Nazir qeyd edib ki, ötən ilin iyul ayından bu günə qədər Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə 3 milyard kubmetrdən çox qaz nəql olunub.
P.Şahbazov əlavə edib: "2020-ci il uzun illərdir Avropanın həyata keçirməyə çalışdığı diversifikasiya planının realizə olunacağı il olacaq. Bu dövrdə Enerji Xartiyası Konfransında sədrliyin Azərbaycana keçməsi "Cənub Qaz Dəhlizi"nin strateji rolunun yüksək qiymətləndirilməsinin göstəricisidir".
Mənbə: az.trend.az