Livan prezidenti xalqa müraciət edəcək


Dünya 24 Okt 2019 09:11:00 244 0

Livan prezidenti xalqa müraciət edəcək

Livan prezidenti Mişel Aun Beyrutda və ölkənin digər şəhərlərində bir həftə davam edən hökumət əleyhinə aksiyalardan sonra xalqa müraciətlə cıxış edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Al-Manar" telekanalı bildirib.

Məlumata əsasən, Aun öz çıxışını Baş nazir Saad Haririnin koalisiya kabineti tərəfindən kütləvi narazılığa cavab olaraq Livan iqtisadiyyatını sabitləşdirmək üçün təcili tədbirlər proqramını təsdiqləndikdən iki gün sonra edəcək.

Baabda prezident sarayındakı bir mənbə Daily Star qəzetinə verdiyi açıqlamada, respublika başçısı öz nitqində "xalqa siyasi böhranın həlli yollarını təklif edəcəyini" deyib.