2024cü ildə dünya iqtisadiyyatında bu ölkələr hegemonluq edəcək


Digərləri 23 Okt 2019 23:45:00 394 0

2024cü ildə dünya iqtisadiyyatında bu ölkələr hegemonluq edəcək

2024-cü ildə qlobal iqtisadi artımda mühüm rol oynayacaq ölkələr Çin, Hindistan, ABŞ, İndoneziya və Rusiya olacaq.

Son.az bildirir ki, bu barədə Beynəlxalq Valyuta Fonduna (IMF) məlumat verib. 

Bununla yanaşı, Braziliya, Almaniya, Türkiyə, Yaponiya, Misir də nisbətən az da olsa, dünya iqtisadiyyatını irəli çəkən ölkələr olacaq.

Belə ki, Çində 28,3%, Hindistanda 15,5%, ABŞ-da 9,2%, İndoneziyada 3,7%, Rusiyada 2%, Braziliyada 1,8%, Almaniya, Türkiyə və Yaponiyada 1,6%, Misirdə 1,5% iqtisadi artım gözlənilir.

İqtisadi artımda qabaqcıl 20 ölkə sırasında Meksika, Pakistan, Filippin kimi ölkələrin də yer alacaqları, İspaniya, Polşa, Kanada, Vyetnam kimi ölkələrin isə top 20-ni tərk edəcəyi güman edilir. Eyni zamanda Böyük Britaniya dünya iqtisadiyyatına töhfələrinə görə 9-cu yerdən 13-cü yerə enəcək.

(adsgarden = window.adsgarden || []).push({});