2030cu ildən Rusiyada robot polislər xidmətə başlaya bilər


Digərləri 23 Okt 2019 23:30:00 301 0

2030cu ildən Rusiyada robot polislər xidmətə başlaya bilər

2030-cu ildən Rusiyada robot polislər xidmətə başlaya bilər.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Moskvada keçirilən "İnterpolitech" sərgisində robot üzrə ixtisaslaşmış şirkətin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, robotlar əsasən yol polisi və miqrasiya xidməti kimi sahələrdə vətəndaşlara məsləhət vermək, həmçinin onların barmaq izlərini götürmək üçün istifadə olunacaq.

Nümayəndə bildirib ki, Rusiya daxili işlər orqanları ilə şirkət arasında müqavilə sözügedən sərgi çərçivəsində bağlana bilər.

(adsgarden = window.adsgarden || []).push({});