Revmatizmin formaları, simptomları Xalq təbabəti ilə müalicə


Digərləri 23 Okt 2019 22:44:00 583 0

Revmatizmin formaları, simptomları  Xalq təbabəti ilə müalicə

Revmatizm (kəskin oynaq revmatizmi)- streptokok infeksiyasının ağırlaşması olub, qızdırma, oynaq patologiyası və ürəyin revmatik zədələnməsi kimi proseslərlə xarakterizə olunur. Əsasən əhalinin cavan yaşlı hissəsində rast gəlinir. Hər il ABŞ-da ürəyin revmatik zədələnməsi nəticəsində 50 000 insan dünyasını dəyişir.

Son.az medicina.az-a istinadən bildirir ki, revmatizm adətən ilin soyuq vaxtlarında başlayır. Revmatizm epidemik xəstəlik olmasa da onun yaranmasına səbəb olan streptokok infeksiyası epidemiya xarakteri daşıya bilər. Buna görə də xəstəlik məktəblərdə, uşaq evlərində, xəstəxanalarda, həmçinin yoxsulluq, şəraitsizlik içində yaşayan böyük ailələrdə baş verən streptokok epidemiyalarından sonra birdən meydana çıxır.

Xəstələr revmatizmidən qabaq angina, skarlatina, orta qulağın kəskin iltihabı, qızıl yel kimi xəstəliklər keçirdiyini qeyd edir. İnfeksiyaya qarşı immunitet yaranmadığından təkrar infeksiyalaşma zamanı revmatizmin növbəti atakası baş verir.

Revmatizmin ilk mərhələsində oynaqlar ətraf toxumaların ödemləşməsi hesabına şişkinləşir. Növbəti mərhələlərdə isə oynaq boşluğuna süzülən mayenin miqdarı artır. Revmokarditin ən qorxulu forması endokarditdir, çünki bu zaman klapanları zədələyən çapıq və deformasiyalar yaranır, klapanlar qısalır və ürək çatmamazlığı əlamətləri inkişaf edir.

Revmatizmin formaları: -revmokardit (ürək forması) -revmatik poliartrit (oynaq forması) -revmatik xoreya (müqəddəs Vitt rəqsi) -revmatizmin dəri forması -revmatik plevrit

Revmatizmin simptomları: Xəstəlik kəskin şəkildə, keçirilmiş streptokok infeksiyasından təxminən üç həftə sonra başlanır. Çox vaxt temperatur 40C-dək artır, nəbz sürətlənir, titrətmə, möhkəm tərləmə, halsızlıq yaranır, oynaqlar şişkinləşir və ağrılı olur. Prosesə ilk növbədə ən iri və işlək oynaqlar qoşulur. Prosesə cəlb olunan oynaq şişir, qızarır, əllə yoxlamada isti olur, hərəkət zamanı güclü ağrılar baş verir. Ağrılar uçucu xarakterli olur və bir oynaqdan digərinə keçir.

Əgər xəstədə sürətli və ya aritmik nəbz, döş qəfəsində ağrılar, ürəyin dilatasiyası və perikardın sürtünmə küyü müəyyən olunursa, bu artıq ürəyin zədələnməsini göstərir. Kəskin revmatizmli xəstələrin 95%-də EKQ-də qulaqcıq-mədəcik keçirici sistemində ləngimə (blokada) qeyd olunur.

Bəzi hallarda, xüsusən də uşaqlarda revmatizm daha yumşaq, hətta xronik formada keçə bilər. Belə uşaqlarda yalnız ümumi halsızlıq, taxikardiya və oynaqlarda yüngül qeyri-spesifik ağrılar olur. Revmatizmin dəri forması (həlqəvi eritema və revmatik düyünlər), xoreya (hərəki pozuntular) və revmatik plevrit nadir hallarda rast gəlinir. Ürək zədələnməsinin əlamətləri qeyd olunmadıqda adətən letal nəticələr baş vermir, əks halda xəstələrin ömrü xeyli qısalmış olur.

Revmatizmin müalicəsi: Revmatizm zamanı uzunmüddətli yataq rejimi mütləq göstərişdir. Ürəkdə aktiv revmatik proses olduqda fiziki yüklənmə daha çox zədələnməyə səbəb olur. Prosesin ilkin mərhələlərində antibiotiklər faydalı olur. Sonrakı mərhələlərdə iltihab əleyhinə müalicə daha effektlidir.

Revmatizm zamanı pəhriz: Revmatizmin kəskinləşməsi zamanı 3-4 gün ərzində meyvə rəhrizi saxlamaq, daha sonra isə balanslaşdırılmış qida rejiminə keçmək məsləhət görülür. Xəstənin qəbul etdiyi qida məhsulları zülallarla və vitaminlərlə, xüsusən də C vitamini ilə zəngin olmalıdır. Qidada xörək duzu, karbohidratlar (şəkər, ağ çörək, kartof), qızardılmış və yağlı yeməklər, ədviyyatlar, çay, qəhvə, alkoqol məhdudlaşdırılmalıdır. Revmatizm zamanı ilin fəslinə uyğyn olaraq qarpız, təzə qaragilə meyvələri, bunlardan hazırlanmış dəmləmə (1 stəkan qaynar suya 1-2 çay qaşığı), bişirmə və kisellər, ballı quşüzümü şirəsi qəbul etmək məsləhətdir.

Revmatizmdə xalq təbabəti

(adsgarden = window.adsgarden || []).push({});