Tovuzda dəhşətli qəza: Marşrutla minik avtomobili toqquşdu,


Digərləri 23 Okt 2019 19:49:00 225 0

Tovuzda dəhşətli qəza: Marşrutla minik avtomobili toqquşdu,

Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.  

"VAZ 2107" və "Mercedes" markalı mikroavtobusun toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.  

Minik avtomobilinin sərnişini, 21 yaşlı Qismət Qarayev hadisə yerində dünyasını dəyişib.  

Xəsarət alanlar - 22 yaşlı Nüsrət Ağayev, 14 yaşlı Sunay Məmmədova və 53 yaşlı Sultanəli Quliyev Tovuz Rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. 

Onlardan Sunayın vəziyyəti ağır olduğundan o, Qazax Müalicə Diaqnostika mərkəzinə aparılıb.  

Faktla baglı araşdırma aparılır.