İranda naməlum PUA qəzaya uğrayıb


Dünya 23 Okt 2019 20:24:00 260 0

İranda naməlum PUA qəzaya uğrayıb

"İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində naməlum pilotsuz uçan aparat (PUA) qəzaya uğrayıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Xuzistan vilayətinin Şuştər rayonunun qubernatoru Hüseyn Pənbədanə deyib.

H.Pənbədanənin sözlərinə görə, rayonun ətrafında qəzaya uğrayan PUA-nın İrana və ya xarici ölkəyə məxsus olması bəlli deyil.

Hazırda PUA rayonun hüquq-mühafizə orqanına aparılıb və orada mütəxəssislər tərəfindən araşdırılır.