Prezident İlham Əliyev İranın Xarici İşlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib


Siyasət 23 Okt 2019 19:40:00 106 0

Prezident İlham Əliyev İranın Xarici İşlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə İran arasında dostluq və mehriban qonşuluq münasibətlərinin olduğunu qeyd edərək, əməkdaşlığımızın mövcud səviyyəsinin məmnunluq doğurduğunu vurğuladı.

Prezident İlham Əliyev ölkələrimiz arasında Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə İran arasında iqtisadi-ticari əlaqələrin inkişafında Hökumətlərarası birgə Komissiyanın rolunu qeyd etdi və Komissiyanın eyni tərkibdə bundan sonra da fəaliyyətini davam etdirəcəyini vurğuladı.

İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərif Prezident Həsən Ruhaninin səmimi salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Prezident Həsən Ruhaninin Qoşulmama Hərəkatının ölkəmizdə keçiriləcək XVIII Zirvə görüşündə iştirak etmək üçün yaxın günlərdə Azərbaycana səfər edəcəyini bildirərək səfər çərçivəsində dövlətimizin başçısı ilə görüşünün əlaqələrimizin daha da inkişafına töhfə verəcəyini dedi.

Cavad Zərif Qoşulmama Hərəkatının Bakı Zirvə görüşünün Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə etdi və 2019-2022-ci illərdə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi uğurla aparacağını dedi.

Prezident İlham Əliyev İran İslam Respublikası Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının İran Prezidentinə çatdırılmasını xahiş etdi və Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə görüşü çərçivəsində Prezident Həsən Ruhani ilə görüşünü məmnuniyyətlə gözlədiyini bildirdi.

Prezident İlham Əliyev: "İqtisadi müstəqillik mənim siyasətimin ana xəttini təşkil edir" like
  • 23 Okt 19:37  
Siyasət Prezident İlham Əliyev: "İqtisadi müstəqillik mənim siyasətimin ana xəttini təşkil edir"

"İqtisadi müstəqillik mənim siyasətimin ana xəttini təşkil edir&quo

arrow Ətraflı
Prezident İlham Əliyev: Heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz like
  • 23 Okt 19:36  
Digərləri Prezident İlham Əliyev: Heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz

Heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz

arrow Ətraflı
Güləşçimiz Hərbçilərin Dünya Oyunlarında bürünc medal qazanıb (FOTO) like
  • 23 Okt 19:33  
Digərləri Güləşçimiz Hərbçilərin Dünya Oyunlarında bürünc medal qazanıb (FOTO)

Çinin Uxan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunları yarı

arrow Ətraflı
Azərbaycan Prezidenti: "Biz iqtisadi inkişafımızı qeyrineft sektoru üzərində qurmalıyıq" like
  • 23 Okt 19:32  
Siyasət Azərbaycan Prezidenti: "Biz iqtisadi inkişafımızı qeyrineft sektoru üzərində qurmalıyıq"

"Biz iqtisadi inkişafımızı qeyri-neft sektoru üzərində qurmalıyıq&

arrow Ətraflı
Azərbaycan Prezidenti: Elə bir şərait yaradılmalıdır ki, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun like
  • 23 Okt 19:30  
Digərləri

Elə bir şərait yaradılmalıdır ki, biznesə meyli, həvəsi olan hər bir i

arrow Ətraflı