Güləşçimiz Hərbçilərin Dünya Oyunlarında bürünc medal qazanıb (FOTO)


Digərləri 23 Okt 2019 19:33:35 221 0

Güləşçimiz Hərbçilərin Dünya Oyunlarında bürünc medal qazanıb (FOTO)

Çinin Uxan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunları yarışları davam edir.

Bakı. Çinin Uxan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunları yarışları davam edir. Müdafiə Nazirliyindən Trend-əverilən məlumata görə, oktyabrın 23-də daha bir idmançımız güləşin yunan-Roma növündə medal qazanıb. Suriyalı Abdulkərim Əl-Həsən xalça üzərinə çıxmadığı üçün ilk mərhələdən azad olan həmyerlimiz 1/4 finalda fransız Mamadassa Silladan güclü olub. Yarımfinalda dünya və ikiqat Avropa çempionu Artyom Surkovla qarşılaşan M.Rəhmanov Rusiya təmsilçisinə uduzub. Təmsilçimiz bürünc medal uğrunda görüşdə gənclər arasında son dünya çempionatının gümüş medalçısı Şant Xaçatryanla üz-üzə gəlib. Yunan-Roma güləşçimiz Ermənistan idmançısı ilə prinsipial görüşdən qalib ayrılaraq Dünya Oyunlarında üçüncü yeri tutub. Bu MOİK komandasının Çin Xalq Respublikasında keçirilən yarışlarda qazandığı 3-cü bürünc medaldır.