Ermənistanda “Rusiya Dəmir Yolları”nın maşinistləri tətil edirlər


Dünya 23 Okt 2019 19:19:00 265 0

Ermənistanda “Rusiya Dəmir Yolları”nın maşinistləri tətil edirlər

Ermənistanın Gümrü şəhərində ölkənin dəmir yollarını idarə edən "Cənubi Qafqaz Dəmir Yolları" QSC-nin maşinistləri tətil edirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, maşinistlər əmək haqlarının 30 faiz artırılmasını tələb edirlər.

Tətil nəticəsində Gümrüdən Yerevana hərəkət edən elektrik qatarları reysə çıxmayıb.

Şirkət tətillə bağlı münasibət bildirməyib.