Goranboyda bir gündə 10 mindən çox ağac əkiləcək


Digərləri 23 Okt 2019 18:54:00 263 0

Goranboyda bir gündə 10 mindən çox ağac əkiləcək

"Goranboyda Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində ağacların əkiləcəyi ərazilərin xəritələşdirilməsi işləri aparılır".

Son.az xəbər verir ki, bunu Trend-ə Goranboy Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Ceyhun Həsənov deyib.

Onun sözlərinə görə, ağacəkmə tədbirləri zamanı rayonda 10 mindən çox ağac əkiləcək.

C.Həsənov artıq ağacların əkiləcəyi ərazilərin müəyyən edildiyini deyib.

RİH başçısının müavini qeyd edib ki, ağaclar Goranboy-Naftalan yolunun kənarlarında, şəhərin üç istiqamətdən girişində və 86 yaşayış məntəqəsinin hər birinin girişində əkiləcək:

"Əsasən, şam, çinar ağaclarına üstünlük veriləcək. Artıq ağacların əkilməsi üçün 7-8 min quyu qazılıb. Hazırda qalan quyuların qazılması üçün işlər aparılır. Bu aksiyada bütün rayon ictimaiyyəti iştirak edəcək. Belə bir aksiyanın keçiirlməsini çox yüksək dəyərləndiririk".