Britaniyalı analitik: "Taxıl bazarına investisiyalar heç vaxt olmadığı qədər cəlbedicidir"


Digərləri 23 Okt 2019 18:47:00 257 0

Britaniyalı analitik: "Taxıl bazarına investisiyalar heç vaxt olmadığı qədər cəlbedicidir"

"Dünya iqtisadiyyatındakı qeyri-sabit vəziyyət fonunda taxıl bazarına investisiyalar heç vaxt olmadığı qədər cəlbedicidir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda Beynəlxalq Taxılçılıq Forumunda britaniyalı analitik Tomas Hoqton deyib.

O bildirib ki, investorlar dünya bazarlarında risklərə diqqət ayırmağa başlayıb və bu, onları iqtisadiyyatın stabil sektorlarına cəlb edir:

"Bəlkə də aqrar-sənaye kompleksi investisiya üçün ən yaxşı sahə deyil, amma hazırda bu sektor neft bazarından daha stabildir".