Bakıda intihara cəhd edən şəxs xilas edildi


Digərləri 23 Okt 2019 18:19:00 286 0

Bakıda intihara cəhd edən şəxs xilas edildi

Bakıda intihara cəhd olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər ikimərtəbəli evin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.