Unibank “Gəzməyənlər”ə Rio-de-Janeyronu gəzdirib (FOTO)


Digərləri 23 Okt 2019 18:17:00 265 0

Unibank “Gəzməyənlər”ə Rio-de-Janeyronu gəzdirib (FOTO)

Unibank və Vizam.az 2020-ci ildə də səyahətsevərlərin yanında olacaq!

Bakı. “Traveler’s Mind Rio Edition” layihəsinin builki qalibi “Gəzməyənlər” komandası Rio-de-Janeyronu gəzib-dolaşıb, Ronaldinyo ilə şəkil çəkdirib, hətta “handgliding” belə ediblər. Unibankdan Trend-ə verilən məlumata görə, pulsuz səyahət imkanı qazandıran “UniMiles” kartının baş sponsorluğu və “Vizam.az”-ın təşkilatçılığı ilə artıq ikinci ildir ki həyata keçirilən “Traveler’s Mind” intellektual oyunu səyahət, adrenalin, coğrafiya, intellektual oyun həvəskarlarını bir araya toplayır. Qalib komanda isə həyəcan dolu səyahətə göndərilir. Layihənin 2018-ci ildəki qalibləri Praqanı, 2019-cu ildə seçilən qalibləri isə Rionu gəzib gördülər. Sıra Keyptaundadır! Əgər siz də intellekt, həyəcan dolu gün keçirib, səyahətlə bağlı sualları düzgün cavablandırıb, sonunda maraq dolu dünyaya “Unimiles” ilə addım atmaq istəyirsinizsə, 4 nəfərlik komandanızı yığın və “Traveler’s Mind: Əsrarəngiz Keyptaun” üçün qeydiyyatdan keçməyə hazır olun!