Həftəsonu Sumqayıt Dövlət Dram Teatrında 6 tamaşa nümayiş olunacaq...


Kriminal 23 Okt 2019 18:04:00 92 0

Həftəsonu Sumqayıt Dövlət Dram Teatrında 6 tamaşa nümayiş olunacaq...

"Teatr - bir məbədidir" deyimi əbəs yerə yaranmamışdır. Çünki məhz teatr bütün sosial təbəqənin və müxtəlif yaş qrupunun nümayəndələri ilə gündəlik, canlı təmasda olmaq imkanına malikdir.

Son.az xəbər verir ki, 2015-ci ildən, əsaslı təmir və yenidənqurmadan sonra Sumqayıt Dövlət Dram Teatrı  həm maraqlı repertuar seçimi , həm də hazırlanan   tamaşaların bədii estetik dəyəri ilə öndədir. Yeni mövsümün açılışından sonra bu sənət ocağında vaxtaşırı tamaşaçıları düşündürən , əyləndirən, onların estetik zövqünə xidmət edən tamaşalar təqdim  olunur.

Bu şənbə - oktyabrın 26-da növbəti dəfə xalq  yazıçısı  Elçinin  "Qatil" pyesinin səhnə  versiyası göstəriləcəkdir. Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, xalq artisti Firidun  Məhərrəmovdur.  Teatr rəhbərliyi balacaları da nəzərə almışdır. Belə ki, onlar 26 oktyabr gündüz saat 11.00 və 13:00- da yeni bərpa olunan "Əlibaba və qırx qıldur" tamaşasına  baxa biləcəklər. Qeyd  edək ki, tamaşanı ərəb xalq nağılı əsasında rejissor Vasif Məmmədov səhnələşdirmişdir. Rolları Şəmistan Süleymanlı, Şəhla Məmmədova, Akif Mirzəyev, Sevda Hüseynova, Mətləb Səfərli, Aynur Hümmətova,  İlqar İbrahimov, İlham Səfərli, Rövşən Əsgərov, Elmir Mehdiyev və başqaları ifa edirlər

27 oktyabrda isə uşaqlar iki seans olmaqla saat 11.00 və 13.00-da Abdulla Şaiqin "Qaraca qız" tamaşasını yeni versiyada izləyə biləcəklər. Axşam isə saat 18.00-da Con Patrikin "Qarını öldürməliyik" dramı göstəriləcəkdir. Tamaşanın quruluşu Firudin Məhərrəmova məxsusdur.

Yeni mövsüm xüsusi yaradıcılıq aurası ilə seçilir. Böyük maarifpərvər ədib Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları"    əməkdar artist Namis Şirməmmədov tərəfindən səhnələşdirilərək yeni quruluşda tamaşaçılara təqdim olunacaqdır. Artıq tamaşanın oxu məşqlərinə başlanılıb.  Həmçinin, teatrın yaradıcı heyəti "Sumqayıt -70" möhtəşəm yubiley tədbirində - kütləvi bayram tamaşasında çıxış edəcəklər.

Rusiyanın trilyonluq meqalayihəsi like
  • 23 Okt 17:54  
Digərləri Rusiyanın trilyonluq meqalayihəsi

Rusiyada Sankt-Peterburqla Nijni Novqorod arasında yüksək sürətli dəmir yo

arrow Ətraflı
Nazirlik Sumqayıtda Xəzər bağlarında yaranan iy-qoxunun səbəblərini açıqladı like
  • 23 Okt 17:53  
Digərləri Nazirlik Sumqayıtda Xəzər bağlarında yaranan iy-qoxunun səbəblərini açıqladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri Xəzər bağl

arrow Ətraflı
Orta aylıq əməkhaqqı 850 manata çatdırılacaq like
  • 23 Okt 17:44  
Digərləri Orta aylıq əməkhaqqı 850 manata çatdırılacaq

Azərbaycanda orta aylıq əməkhaqqı 2023-cü ildə 850 manata çatdırılaca

arrow Ətraflı
Dibala ilk "5-lik"də like
  • 23 Okt 17:44  
İdman Dibala ilk "5-lik"də

Juventus-un hücumçusu Paulo Dibala Çempionla

arrow Ətraflı
ADPUnun Quba Filialında Azad Nəbiyev adına “Bilgə ocağı”nın açılışı olub  FOTO like
  • 23 Okt 17:39  
Digərləri ADPUnun Quba Filialında Azad Nəbiyev adına “Bilgə ocağı”nın açılışı olub FOTO

Oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba fili

arrow Ətraflı
"Müxalifət"in Avropa İttifaqı ilə strateji sazişə qarşı çıxmaqda marağı nədir? like
  • 23 Okt 17:34  
Digərləri "Müxalifət"in Avropa İttifaqı ilə strateji sazişə qarşı çıxmaqda marağı nədir?

19 oktyabr aksiyası üçün  məkan və zaman seçimində şübhəli məqamlar

arrow Ətraflı
Azərbaycana qanunsuz yolla mobil telefonların keçirilməsinin qarşısı alındı  FOTO like
  • 23 Okt 17:29  
Digərləri Azərbaycana qanunsuz yolla mobil telefonların keçirilməsinin qarşısı alındı FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin

arrow Ətraflı
Şəmkirdə itkin düşən 25 yaşlı qadın Bakıda tapıldı like
  • 23 Okt 17:24  
Digərləri Şəmkirdə itkin düşən 25 yaşlı qadın Bakıda tapıldı

Şəmkirdə itkin düşən iki uşaq anası tapılıb.

arrow Ətraflı
Nəqliyyatda Su Polisi təcili reydlərə başlayıb (VİDEO/FOTO) like
  • 23 Okt 17:21  
Digərləri Nəqliyyatda Su Polisi təcili reydlərə başlayıb (VİDEO/FOTO)

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş

arrow Ətraflı