ADPUnun Quba Filialında Azad Nəbiyev adına “Bilgə ocağı”nın açılışı olub FOTO


Digərləri 23 Okt 2019 17:39:00 429 0

ADPUnun Quba Filialında Azad Nəbiyev adına “Bilgə ocağı”nın açılışı olub  FOTO

Oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında akademik Azad Nəbiyev adına "Bilgə ocağı"nın açılışı olub. Akademik Azad Nəbiyev adına "Bilgə ocağı" filialın yataqxanasında yaradılıb.

Bu münasibətlə keçirilən tədbirdə filialın direktoru dosent Yusif Alıyev, şair Ramiz Qusarçaylı, Quba rayon "Şəfəq" qəzetinin baş redaktoru Qəhrəman Qasımov və filialın professor -müəllim, tələbə heyəti iştirak edib.

Son.az bildirir ki, tədbiri giriş sözü ilə açıq elan edən filialın direktoru dosent Yusif Alıyev "Bilgə ocağı"nın akademik Azad Nəbiyev adına adlandırılmasının xüsusi əhəmiyyəti olduğunu vurğulayıb, bu adın seçilməsinin filialın direktoru olaraq özünün və filial kollektivinin Quba və qubalılara olan sevgisindən irəli gəldiyini qeyd edib. Sonra Qubanın tanınmış alim və ziyalılarından olan, folklorşünas, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar müəllim, Azərbaycan Mill Elmlər Akademiyasının müxbir üzvü Nəbiyev Azad Mövlud oğlunun həyat və fəaliyyəti haqqında ətraflı məluamt verib, "Bilgə ocağı"nın yaradılmasının gənclər üçün əhəmiyyətindən danışaraq bildirib ki, filialda bundan sonra da Azərbaycanın gələcəyi üçün savadlı kadrların, layiql vətəndaşların yetişdirilməsi məqsədi ilə daha böyük layihələrə imza atılacaqdır və əminliklə vurğulayıb ki, Akademik Azad Nəbiyev adına "Bilgə ocağı" bundan sonra yaradıcı gənclərin toplaşdığı məkan olacaqdır.Sonda çıxışında bildirib ki, bugün həm də filialın Pedaqoji təcrübə rəhbəri Səlimə Müzəffərovanın 65 yaşı tamam olur.Bu münasibətlə uzun illərdir filialda çalışan,uğurlu pedaqoji fəaliyyəti ilə hər zaman seçilən, kollektivin dərin hörmət və rəğbətini qazanan Səlimə xanımı kollektiv adından təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra şair Ramiz Qusarçaylı çıxış edərək Akademik Azad Nəbiyev adına "Bilgə ocağı"nın açılmasının əhəmiyyətindən danışıb, filiala yeni təyin olunan gənc və istedadlı kadr dosent Yusif Alıyevin belə yeni ideyalarla gəncləri ruhlandırdığını, diqqətə çatdırıb, ona uğurlar arzu edib. Şairin səsləndirdiyi şeirlər də hamının marağına səbəb olub. Tədbirdə çıxış edən Quba rayon "Şəfəq" qəzetinin baş redaktoru Qəhrəman Qasımov filialda yaradılan belə mərkəzlərin, klubların gəncləri elmi fəaliyyətə, bədii yaradıcılığa ruhlandırdırdığını vurğulayıb, yaradıcı gənclərin fəaliyyətinə "Şəfəq" qəzetinin yayımında hər zaman yer olduğunu bildirib.