Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edildi FƏRMAN


Siyasət 23 Okt 2019 16:18:00 362 0

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edildi  FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi"ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb. 

Son.az azertag-a istinadən bildirir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi"nə "Azərbaycan Respublikasının daxili işlər naziri;" sözlərindən sonra "Ramiz Ənvər oğlu Mehdiyev;" sözləri əlavə edilsin".