Dövlət Məşğulluq Xidməti bu il 1418 nəfəri peşə hazırlığına cəlb edib


Digərləri 23 Okt 2019 15:33:00 263 0

Dövlət Məşğulluq Xidməti bu il 1418 nəfəri peşə  hazırlığına cəlb edib

Onlardan 907 nəfəri qadındır.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövrü ərzində 1418 nəfər işaxtaran və işsiz şəxs peşə hazırlığı kurslarına cəlb edilib. Onlardan 907 nəfəri qadındır. Nazirlikdən Trend-ə verilən məlumata görə, peşə hazırlığına cəlb edilən şəxslərdən 528 nəfəri gənclər, 98 nəfəri məcburi köçkünlər, 32 nəfəri isə əlilliyi olan şəxslərdir. Kurslarda aşpaz, qənnadçı, dərzi, xalçaçı, kompyuter mühasibliyi, qazanxana maşinisti, kompyuterçi dizayner, ingils dili, ekskursiya bələdçisi, elektrik quraşdırıcısı, əl ilə qaynaq, əməliyyatçı mühasib, vizajist, kişi bərbəri, bərbər-manikürçü peşələri tədris edilib. İştirakçılardan bir qismi artıq kursu bitirib və onlara sertifikatlar təqdim edilib.