Tikintidən 25 min manatlıq inşaat materialları oğurlayan şəxs tutulub


Digərləri 23 Okt 2019 15:27:00 348 0

Tikintidən 25 min manatlıq inşaat materialları oğurlayan şəxs tutulub

Gəncədə tikintidən 25 000 manatlıq inşaat materialları oğurlanıb.

Bakı. Gəncədə tikintidən 25 000 manatlıq inşaat materialları oğurlanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 21-də tikinti sahələrinin birindən 25 000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini C.Abbasov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin