Türkiyə Suriyadakı hərbi əməliyyatları dayandırdı


Dünya 23 Okt 2019 15:15:00 302 0

Türkiyə Suriyadakı hərbi əməliyyatları dayandırdı

Türkiyə Suriyadakı hərbi əməliyyatları dayandırıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN rəhbəri bildirib ki, bu əməliyyatın bitməsi demək deyil və ordu lazım olduğu təqdirdə terrorçulara zərbə endirəcək:

"Dünən ABŞ-dan terrorçuların əməliyyat bölgəsini tamamilə tərk etdikləri ilə bağlı xəbər aldıq. Ancaq bu, orada terrorçuların olmadığı və ya olmayacağı mənasını vermir".