Peskov: "Kürd qruplaşmaları geri çəkilməsə, Türkiyə ordusunun zərbəsi altına düşəcək"


Dünya 23 Okt 2019 14:03:00 337 0

Peskov: "Kürd qruplaşmaları geri çəkilməsə, Türkiyə ordusunun zərbəsi altına düşəcək"

Son bir neçə ildə kürdlərin ən yaxın müttəfiqi olan ABŞ onları atdı, sərhəddə türklərlə vuruşmağa məcbur etdi.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin kürdlərin əldə olunan razılıqda müəyyən olunan əraziləri tərk edəcəyinin şübhəli olması ilə bağlı bəyanatına münasibət bildirən Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.

"ABŞ son illərdə kürdlərin ən yaxşın müttəfiqi idi. Yekunda ABŞ kürdlərə xəyanət etdi. İndi isə kürdləri türklərlə vuruşmağa məcbur edirlər. Tamamilə aydındır ki, silahlı kürd qruplaşmaları geri çəkilməsə, Suriya sərhədçiləri və Rusiya hərbi polisi çəkilməli olacaq. Bu zaman isə faktiki olaraq kürd qruplaşmaları Türkiyə ordusunun zərbəsi altına düşəcək", - D.Peskov bildirib.

Qeyd edək ki, C.Cefri Soçidə Rusiya ilə Türkiyə arasında əldə olunan razılıqda çox boşluqların olduğunu söyləyib. O, kürdlərin məlum ərazilərdən geri çəkilməsinə şübhə ilə yanaşıb.