Azərbaycana qanunsuz yolla mobil telefonların keçirilməsinin qarşısı alınıb (FOTO)


Digərləri 23 Okt 2019 13:47:00 247 0

Azərbaycana qanunsuz yolla mobil telefonların keçirilməsinin qarşısı alınıb (FOTO)

Azərbaycana qanunsuz yolla mobil telefonların keçirilməsinin qarşısı alınıb

Bakı. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "ROVER-45" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən (şitindən) 4 ədəd "Samsung Galaxy A 10 S", 4 ədəd "Samsung Galaxy A 20", 3 ədəd "Mi Play" və 2 ədəd "Redmi Note 7" markalı mobil telefonlar aşkarlanıb. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin