Gəncədə 15 yaşlı yeniyetmənin qətlinin təfərrüatları məlum oldu


Digərləri 23 Okt 2019 13:07:00 303 0

Gəncədə 15 yaşlı yeniyetmənin qətlinin təfərrüatları məlum oldu

Gəncə şəhərində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Bakı. Samir Əli - Gəncə şəhərində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. Trend-in məlumatına görə, hadisə Gəncə şəhəri, Təbriz küçəsi, "Xan Çinar" restoranının qarşısında baş verib. Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Məmmədov Elgün Rövşən oğlu 2002-ci il təvəllüdlü Verdiyev Əzim Elşad oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı E.Məmmədov bıçaqla Ə.Verdiyevi ürəyindən bıçaqlaıb. Bundan başqa, E.Məmmədov hadisə yerində mübahisəni sakitləşdirmək istəyən Gəncə şəhər sakini, 2003-cü il təvəllüdlü Həsənov Əlmuraz Fuad oğlunu da bıçaqlayıb. (adsgarden = window.adsgarden || []).push({}); Hər iki yaralı xəstəxanaya çatdırılsa da, Ə.Verdiyev orada ölüb. Hadisə yerindən qaçan E.Məmmədov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin