Xaçmazda 29 yaşlı kişi keçmiş qayınatasını qətlə yetirdi


Digərləri 23 Okt 2019 12:53:00 246 0

Xaçmazda 29 yaşlı kişi keçmiş qayınatasını qətlə yetirdi

Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

Bakı. Samir Əli - Xaçmaz rayonunda qətl hadisəsi baş verib. Trend-in məlumatına görə, rayonun Qımıl kənd sakini, 1990-cı il təvəllüdlü Səfər Qurbanov keçmiş qayınatası, 1961-ci il təvəllüdlü Əlihüseyn Qədirovla mübahisə edib. Mübahisə nəticəsində S.Qurbanov Ə.Qədirova 8 bıçaq zərbəsi endirib. Ə.Qədirov qohumlarının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Hadisəni törədən şəxs saxlanılıb. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin